Zelenskinin Vaşinqtona səfəri təsdiqləndi
Ukrayna Prezidenti Volodimir Zelenski
fevralın 28-i cümə günü Vaşinqtona uçacaq.
TodayPress
“TASS”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər
Kabinetinin ilk iclasında deyib.
“Zelenski
cümə günü gələcək. Bu, artıq təsdiqini tapıb” deyə o qeyd edib.
Ağ
Ev rəhbəri vurğulayıb ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları
ilə bağlı saziş imzalanacaq.
tag: Ukrayna, Zelenski, Vaşinqton, Tramp, ABŞ,todaypress.az,