Zelenskiyə bir saat vaxt verildi

Dünya

17.02.2025 17:52

1601

ABŞ maliyyə naziri Skott Bessent Kiyevə son səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Vaşiqtonun ölkənin mineral resurslarına giriş imkanı əldə etməsini tələb edib. TodayPress xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Məlumata görə, Zelenski Bessent ilə Ukraynaya maliyyə dəstəyi göstərilməsinin davam etdirilməsi barədə danışmağı təklif edib, lakin bunun əvəzinə ona memorandum təqdim olunub.

Ukrayna prezidentinə edilən təklifdə ölkəsinin mineral ehtiyatlarının tam şəkildə ABŞ verilməsi tələb olunub. Bu təklifi qəbul etmək üçün ona bir saat vaxt verilib. 

Nicat Osman

tag: ABŞ,Maliyyə naziri,Skott Bessent,Zelenski,Memorandum,Todaypress.az,