Zelenskiyə dəstək bəyanatı təsdiqləndi

Dünya

25.02.2025 14:10

1071

Ukrayna Ali Radası 268 səslə Prezident Volodimir Zelenskiyə dəstək verilməsini ifadə edən bəyanatı təsdiqləyib.

TodayPress xəbər verir ki bu barədə “strana.ua” məlumat yayıb.

Məlumata görə səsvermə ikinci dəfə keçirilib.

Parlamentin iclasda iştirak edən 12 üzvü sənədə səs verməyib.

Xatırladaq ki, ilk müzakirələr zamanı həmin sənəd cəmi 218 deputatın dəstəyini qazanmışdı.

Nicat Osman

tag: Ali Rada ,Zelinski, Ukrayna, Rusiya, Qələbə Planı ,Todaypress.az,