Zəlzələ nəticəsində Myanmada daha bir körpü dağıldı

Dünya

28.03.2025 18:10

2720

Myanmada baş verən güclü zəlzələ ölkənin bəzi yerlərində yol infrastrukturuna ciddi ziyan vurub.   

TodayPress xəbər verir ki, bu barədə “Global New Light of Myanmar” qəzeti məlumat yayıb. 

Bildirilib ki, zəlzələ nəticəsində iki körpü uçub, magistral yola ziyan dəyib.

Myanma hakimiyyəti zəlzələdən ən çox zərər çəkən 6 bölgədə fövqəladə vəziyyət elan edərək beynəlxalq ictimaiyyətə müraciət edib. 

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) agentliyin zəlzələnin təsiri, eləcə də Myanmanın humanitar ehtiyacları barədə məlumat topladığını bildirib. 

İlkin məlumatlara əsasən, paytaxt Naypyitavdakı 1000 çarpayılıq mərkəzi xəstəxananın təcili yardım otağı yaralı insanların uzun növbələri ilə dolub. 

Töhfə Səməd

tag: Myanma,Zəlzələ,Körpü,Dağıntı,Todaypress.az,