Zəlzələdə ölənlərin sayı 1000-i keçdi - YENİLƏNDİ

Dünya

29.03.2025 09:30

2798

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1002 nəfərə çatıb. 

TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. 

Məlumata görə, yaralıların sayı isə 2376 nəfərdir. 

Qeyd edək ki, güclü təkanlar bütün ölkə ərazisində dağıntılara səbəb olub. Bir çox binalar və xəstəxanalar uçub. 

Türkan İsgəndərli


***

09:35

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-ə çatıb.

TodayPress xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

Zəlzələ nəticəsində yaralananların sayı isə ən azı 1670 nəfərdir.

Qeyd edək ki, güclü təkanlar bütün ölkə ərazisində dağıntılara səbəb olub. 

Bir çox binalar və xəstəxanalar uçub.

tag: Myanma,Zəlzələ,Təbii Fəlakət,Ölüm,Todaypress.az,