Zukerberq Vaşinqtonda ən bahalı evi aldı
"Meta" şirkətinin təsisçisi Mark Zukerberq ABŞ-nin paytaxtı Vaşinqtonda özünə ən bahalı evlərdən birini alıb.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. O, evi 23 milyon dollara alıb.
Bu, Vaşinqtonda satılan ən bahalı üçüncü evdir. Malikanə 1400 kvadratmetrdir.
Məlumata görə, iş adamının evi almaqda məqsədi paytaxtda daha çox vaxt keçirmək istəməsidir.
Türkan İsgəndərli
tag: META,Mark Zukerberq,Vaşinqton,Ev,Todaypress.az,