Zurabişvili “Müqavimət Platforması”nı elan etdi

Dünya

01.04.2025 13:37

2226

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Müqavimət Platforması”nın yaradıldığını elan edib və bütün avropayönlü siyasi qüvvələri birliyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə “SOVA” nəşri məlumat yayıb.

Zurabişvili bəyan edib ki, platformanın əsas məqsədi iki tələbi əhatə edir: ölkədə yeni, ədalətli seçkilərin keçirilməsi və etiraz aksiyaları zamanı saxlanılan nümayişçilərin azad olunması. “Bu məqsədə çatmaq üçün mübarizəni birlikdə, küçə etirazları ilə paralel və onlara uyğun siyasi formatda aparmaq lazımdır.

Buna görə də, bu gün sizin qarşınızda avropayönlü siyasi spektrin iştirakı ilə Müqavimət Platformasının yaradıldığını elan edirəm. Bu platformanın əsas prinsipi ondan ibarətdir ki, o, siyasi fərqləri bir kənara qoymağa və xalqın iradəsini bölüşməyə hazır olan bütün avropayönlü partiya və qruplar üçün açıqdır”.

Zurabişvili bildirib ki, platformaya qoşulan qüvvələr onun təşəbbüsü ilə seçkilərdən sonra imzalanmış Xartiyanın müddəalarına da sadiq qalmalıdır. 

Qiymət Mahir

tag: Salome Zurabişvili, Gürcüstan, Prezident,Platforma,Todaypress.az,