Ağdamda 3 otaqlı ev yandı

Hadisə

01.05.2025 21:00

20

Ağdamda 3 otaqlı ev yanıb.

TodayPress xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanıb.


tag: Ağdam, Yanğın, Ev, Alov, Hadisə, todaypress.az,