Avtomobildə 8 kq narkotik vasitə daşıyan şəxslər saxlanıldı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb.
Onların avtomobilindən 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanıb. Araşdırma aparılır.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,