Avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

Hadisə

25.04.2025 12:28

25

 Binəqədi rayonu ərazisində bir nəfərə məxsus “BYD” markalı avtomobildən içərisində 2852 manat olan pulqabı və mobil telefon oğurlanıb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı T.Salahov saxlanılıb. 

Rayon ərazisində daha bir analoji hadisə qeydə alınıb.

Aprelin 24-nə keçən gecə bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobildən 750 manat dəyərində maqnitofon və 4 səsgücləndirici oğurlayan, əvvəllər məhkum olunmuş 35 yaşlı N.Vəliyev də saxlanılıb. 

Bundan başqa, Nəsimi və Nərimanov rayonlarında 2 nəfərə məxsus velosipedləri qaçırmaqda şübhəli bilinən 47 yaşlı Ə.Məşədiyev və 16 yaşlı yeniyetmə saxlanılıb. 

Araşdırmalar aparılır.

tag: DİN,Polis,Binəqədi,Avtomobil,Oğurluq,Todaypress.az,