Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Hadisə

30.04.2025 10:24

28

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 tapança, 69 ədəd mərmi və 5 ədəd patron aşkar edərək götürüblər.

tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,