Binəqədi və Qaradağ rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Binəqədi və Qaradağ rayonlarında 3 avtomat silahı, 5 qumbara, 3 patron darağı və 46 ədəd patron tapılaraq götürülüb. Araşdırmalar aparılır.
tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,