Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Aprelin 28-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
tag: DİN,Polis,Cinayətkar,Həbs,Todaypress.az,