Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Hadisə

01.05.2025 10:02

18

Aprelin 30-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

- Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayət,Həbs,Todaypress.az,