Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

Hadisə

28.04.2025 10:09

21

Aprelin 26-da və 27-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

- Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayətkar,Həbs,Todaypress.az,