Dəmir yolu stansiyasında silah-sursat aşkarlandı

Hadisə

26.04.2025 12:45

22

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində 1 tapança və 407 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,