Əmlak sənədi düzəltmək vədi ilə 30 min manatı ələ keçirən şəxs saxlanıldı

Hadisə

01.05.2025 12:28

16

Bakıda əmlak sənədi düzəltmək vədi ilə vətəndaşın 30 min manatını ələ keçirən şəxs saxlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb. 

Belə ki, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manatını ələ keçirən 65 yaşlı Ə.Məmmədov saxlanılıb.

tag: DİN,Polis,Dələduzluq ,Pul,Köçürmə, Zərərçəkən, todaypress.az,