FHN-in Şimal-qərb Regional Mərkəzi metodiki toplantı keçirdi

Hadisə

30.04.2025 13:20

21

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “2025-ci ilin I rübü ərzində mülki müdafiə sahəsində görülmüş işlər və növbəti rübdə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilib.

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə dislokasiya ərazisində yerləşən rayonların Su Meliorasiya Sistemləri idarələri, Regional Qaz İstismarı idarələri və Qaz İstismar sahələrinin mülki müdafiə qərargah rəisləri iştirak edib.

Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq ərazidə mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verilib.

Həmçinin, qeyd olunub ki, cari ilin ilk 3 ayı ərzində ərazidə yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki köməkliklər göstərilib.

Metodiki toplantıda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

tag: FHN,Metodiki,Toplantı,Təlim,Todaypress.az,

photo
photo