Goranboyda maşın xırdabuynuzlu heyvanları vurdu

Hadisə

30.04.2025 22:10

27

Goranboyda yol qəzası olub.

TodayPress-in məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbə qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini T. İsmayılzadə idarə etdiyi "VAZ 2107" markalı avtomobil ilə hərəkətdə olarkən qəsəbə sakini 1954-cü il təvəllüdlü H.Mahmudova məxsus 4 baş xırdabuynuzlu heyvanı vurub. Heyvanlar hadisə yerinə tələf olub.

Polis əməkdaşları tərəfindən araşdırma aparılır.

tag: Goranboy, Maşın, Xırdabuynuzlu, Heyvan, Qəza, todaaypress.az,