Güclü külək ağacı maşının üzərinə aşırdı
Bakıda güclü külək ağaclardan birini maşınların üzərinə aşırıb.
TodayPress xəbər verir ki, hadisə Atatürk prospektində baş verib.
Belə ki, yol kənarındakı irigövdəli ağaclardan biri aşıb, iki maşına ziyan dəyib.
"Restoranda oturmuşduq, birdən səs gəldi, elə bildik ki, zəlzələdir. Çıxıb gördük, ağac aşıb, maşının şüşələri, üstü əldən gedib. Ərazidəki digər ağacların da vəziyyəti yaxşı deyil, hər an aşa bilər" hadisə şahidi söyləyib.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, mövcud problem aradan qaldırılıb.
Qurumdan o da bildirilib ki, ərazidə mütəmadi olaraq budanma işləri aparılır, ağaclara aqrotexniki qulluq göstərilir. Təhlükə yaratma ehtimalı olan ağacların kəsilərək götürülməsinə gəlincə isə bu, yalnız aidiyyəti dövlət qurumunun rəyi əsasında həyata keçirilə bilər.
tag: Ağac, Maşın, Ekologiya, Külək, Yaşıllaşdırma, todaypress.az,