Küləyə görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə TodayPress-ə DİN-in NİİM-dən məlumat verilib.
Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat-sürət tablolarında "güclü külək" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
tag: DİN,NİİM,NİİM ,Sürət ,Hədd ,Yollar, todaypress.az,