Narkotik satıcısı saxlanıldı, odlu silahlar təhvil götürüldü
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir.
Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib. Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,
