Neftçalada yol qəzası baş verdi, xəsarət alanlar var
Neftçala rayonunda baş verən zəncirvari
yol-nəqliyyat hadisəsi zamanı üç avtomobil toqquşub.
TodayPress xəbər
verir ki, hadisə saat 21 radələrində qeydə alınıb. Qəza zamanı xəsarət alan
Lazım Zeynalov, Emin Mehdiyev, Baloğlan Qasımov, Nisəxanım Qasımova, Nuray
Qasımzadə, Meyrənisə Qasımova Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma
aparılır.
tag: Neftçala, Qəza, Zəncirvari, Araşdırma,todaypress.az,