Qaradağ rayonunda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Qaradağ rayonu ərazisində 1 tapança, 2 patron darağı və 2 ədəd patron tapılaraq götürülüb.
Araşdırma aparılır.
tag: DİN,Polis,Silah,Tapança,Todaypress.az,