Samuxda azyaşlını at vurdu
Gəncədən Samuxa nənəsigilə qonaq gedən azyaşlını at vurub.
TodayPress "Unikal"a istinadən billdirir ki, hadisə rayonun Qarabağlar kəndində baş verib.
Belə ki, Gəncə şəhər sakini 2021-ci il təvəllüdlü H.Cəbrayılov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlıya yardım edilib, vəziyyətinin kafi olduğu bildirlir.
Azyaşlı nəzarətiz qalan zaman onu at vurub.
tag: Azyaşlı, Samux, Gəncə, At, Kafi, todaypress.az,