Şəkidə bıçaqlanan yeniyetmənin vəziyyəti AÇIQLANDI
Ötən gün Şəkidə bıçaqlanan yeniyetmənin vəziyyəti açıqlanıb.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, martın 26-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2009-cu il təvəllüdlü 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub:
“Şəxsə zəruri tibbi xidmətlər göstərilib və əməliyyata götürülüb. Hal-hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir”.
Qeyd edək ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
Əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.
Qiymət Mahir
tag: TƏBİB,Sorğu,Şəki,Şagird,Bıçaqlanma,Todaypress.az,