Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək öldü
Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
TƏBİB-dən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 28-də saat 21:20 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2023-cü il təvəllüdlü (kişi cinsi) azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub.
"Valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 21:45-də ölüm faktı qeydə alınıb" deyə bildirilib.
Töhfə Səməd
tag: Şəmkir,Azyaşlı,Dərman,TƏBİB,todaypress.az,