Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək öldü

Hadisə

29.04.2025 10:50

20

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.

TodayPress xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb. Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.

Faktla bağlı araşdırma aparılır.

tag: Şəmkir,Dərman,Zəhərlənmə,Ölüm,Todaypress.az,