Silah-sursat aşkarlandı

Hadisə

01.05.2025 12:15

15

 Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan iki nəfər 2 avtomat silahı, 2 patron darağı və 18 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər. 

Xətai rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tüfəng və 9 ədəd patron tapılaraq götürülüb.  Araşdırmalar aparılır.

tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,