Sumqayıtda bıçaqlanan şəxsin vəziyyəti AÇIQLANDI
1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) 28.04.2025-ci il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.
Zəruri tibbi yardımlardan sonra vətəndaş öz iltizamnaməsi əsasında saat 12:50 radələrində ambulator müalicə üçün evə buraxılıb.
tag: TƏBİB,Sumqayıt,Bıçaqlanma,Sorğu,Todaypress.az,