Sumqayıtda zavodların biri yandı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
tag: Yanğın, Sumqayıt, FHN,Mühafizə,todaypress.az,