Təcili tibbi yardım atvomobili minik avtomobili ilə toqquşdu, xəsarət alan var

Hadisə

28.02.2025 04:23

2637

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress-in məlumatına görə hadisə şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb.


Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü E. İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan “Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili Gəncə şəhərinin 103 xidmətinə məxsusdur.

tag: Gəncə, Yol, Nəqliyyat, Təcili Yardım, Qəza, todaypress.az,