Xəzər rayonunda oğurluq edən şəxs saxlanıldı

Hadisə

26.04.2025 14:39

22

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb.

Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən 3 evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluqlar edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7150 manat maddi zərər vurub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3000 manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.

Araşdırmalar aparılır.

tag: DİN,Polis,Oğurluq, Pul, Qızıl, todaypress.az,