Xırdalanda ev yandı

Hadisə

05.04.2025 21:30

2240

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən TodayPress-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Xırdalan, Ev, Yanğın, Abşeron, FHN, todaypress.az,