Yasamalda minik avtomobili yandı

Hadisə

07.12.2024 03:22

1289

Bakının Yasamal rayonunda minik avtomobilində yanğın olub.

TodayPress xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.


Sözügedən küçədə "Hyundai" markalı minik avtomobili alışaraq yanıb.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

tag: Bakı, Yasamal,Yanğın, Minik Avtomobili, FHN, todaypress.az,