Zaqatalada piyadanı avtomobil vurdu

Hadisə

11.03.2025 04:09

1726

Zaqatalada piyadanı avtomobil vurub. 

TodayPress xəbər verir ki, hadisə bu gün  axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.

Beləki,1995-ci il təvəllüdlü Zaqatala şəhər sakini Davudov Ramazan Seyfəddin oğlunu minik avtomobili  vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

tag: Zaqatala, Avtomobil, Xəsarət, Xəstəxana, Piyada, todaypress.az,