Zaqataladan axan çaylarda sululuq artdı

Hadisə

26.04.2025 20:30

21

Zaqatala rayonu ərazisindən axan dağ çaylarında selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb.

Bu barədə TodayPress-ə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. Təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel olaraq aparılır.

Qeyd olunub ki, rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində 45 km-ə yaxın sahil mühafizə bəndləri mövcuddur. Onlardan əkin sahələrinin, yaşayış məntəqələrinin mühafizə olunması məqsədilə 100 paqonometr uzunluğunda daş-beton bəndlər təmir olunub. Çaylarda isə buldozerlər və ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi sahəsində 236 min kbm-dən artıq həcmində müvafiq işlər görülüb. Hazırda ən təhlükəli çaylardan hesab olunan Muxaxçay sisteminin buldozerlərlə tənzimlənməsi davam edir.

tag: ADSEA, Su, Zaqatala, Çay,Sululuq, todaypress.az,