Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşdü
Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin hərbi nümayəndələri Azərbaycan HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər zamanı kritik infrastrukturların mühafizəsi, gəmi təmiri, texniki baxış və yeni gəmi inşası ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin təcrübə paylaşımı ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə veriblər.
tag: Azərbaycan ,Türkiyə,Hərbi Dəniz Qüvvələri,Müdafiə Nazirliyi,todaypress.az,