Abu-Dabidə möcüzə baş verəcək?

İdman

03.12.2024 09:51

880

“Formula 1” üzrə “Red Bull” komandası pilotu Serxio Peresə son şans verib.

TodayPress xəbər verir ki, meksikalı idmançının Abu-Dabi Qran-prisində göstərəcəyi nəticə onun komandadakı gələcək karyerasını müəyyən edəcək.

Peres mövsümün son yarışında uğur qazana bilməsə “Red Bull” komandası onunla yollarını ayıracaq. 

Artıq Serxionu əvəz edəcək pilotun adı məlumdur. Avstraliyalı pilot Liam Lousonun "Red Bull"a keçəcəyi bildirilib. 

Qeyd edək ki, Serxio Peres cari mövsüm Qran-pri yarışlarında qələbə qazana bilməyib. O, hazırda sürücülərin yarışında 152 xalla 8-ci pillədə qərarlaşıb.

Namiq HUN

tag: Abu-Dabi, Red Bull, Peres,Qran-Pri, todaypress.az,