Aerobika yığmamız Portuqaliyaya yollandı
Azərbaycanın aerobika üzrə yığma komandası Portuqaliyaya yola düşüb.
TodayPress xəbər verir ki, gimnastlarımız 11 ölkənin təmsilçiləri ilə bir arada Dünya kubokunun ilk mərhələsinə qatılacaqlar.
Kantanhededa turnirinin medalları uğrunda qarışıq cütlüklər arasında dünya çempionatının gümüş mükafatçıları Vladimir Dolmatov və Mədinə Mustafayeva, həmçinin Sara Əlixanlı, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva mübarizə aparacaqlar.
Gimnastlarımız trio, qrup, qarışıq cütlük və fərdi yarışlarda çıxış edəcəklər.
Qeyd edək ki, Dünya kubokunun ilk mərhələsi martın 21-23-də baş tutacaq.
Komandamız burada, həmçinin “Cantanhede International Open” turnirinə də qatılacaq.
Namiq HUN
tag: Aerobika,Azərbaycan,Portuqaliya,Çempionat,Todaypress.az,