AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq etdi

İdman

24.02.2025 16:10

1831

AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, buna Tovuz təmsilçisinin Premyer Liqanın XXIV turunun “Şamaxı” ilə oyunundan öncə bəyanat yayması səbəb olub.

Bəyanat, İntizam Komitəsi tərəfindən AFFA və Peşəkar Futbol Liqasının (PFL) imicinə zərər vuran əsassız addım hesab edilib.

Qeyd edək ki, bəyanatda “Turan Tovuz”un qar səbəbindən VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğu qeyd edilib. 

Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

tag: AFFA,Turan Tovuz,Şamaxı,Cərimə,todaypress.az,