Arina Kalugina Debretsendə buz üzərinə çıxdı

İdman

28.02.2025 12:27

2426

Gənc fiqurlu konkisürənlərin dünya çempionatında qızların yarışı start götürüb.   

TodayPress xəbər verir ki, Macarıstanda təşkil olunan yarışın iştirakçıları qısa proqramda çıxış ediblər.   

Debretsendə buz üzərinə çıxan Arina Kalugina 57,04 xal toplayıb. Azərbaycan fiqurlu konkisürəni 48 iştirakçı arasında 16-cı yeri tutub. 

Qızların yarışına martın 1-də yekun vurulacaq.   

Namiq HUN

tag: Alina Kaluqina,Fiqurlu Konkisürmə,İdman,Yarış,Todaypress.az,