“Arsenal” derbini qazandı, “Mançester Siti”nin tilsimi qırıldı
Premyer Liqanın XIV turu İngiltərə derbisi ilə əlamətdar olub.
TodayPress xəbər verir ki, turun mərkəzi matçında “Arsenal” “Mançester Yunayted”i qəbul edib.
“Emireyts” stadionunda baş tutan derbidə London təmsilçisi 2:0 hesablı qələbə qazanıb. “Arsenal”ın heyətində Yurrien Timber və Vilyam Saliba fərqlənib.
Lider “Liverpul” səfərdə “Nyukasl”la heç-heçə edib 3:3. “Qırmızılar”ın 9 matçlıq qələbə seriyasına son qoyulub.
“Mançester Siti” XIV turda tilsimi qırıb. “Şəhərlilər” 7 oyundan sonra qalib gəlməyi bacarıb. “Siti” evdə “Nottinqem Forest”i üstələyib 3:0.
“Çelsi” isə səfərdə “Sauthempton”u 5:1 hesabı ilə məğlub edib.
Turun digər görüşlərində “Everton” “Vulverhempton”a (4:0), “Aston Villa” isə “Brentford”a (3:1) qalib gəlib.
Namiq HUN
tag: Tur, Oyun, Qalib, Çelsi,todaypress.az,