“Arsenal” hücum xəttini Pedro ilə gücləndirəcək
“Arsenal” klubu mərkəz hücumçusu axtarışlarını davam etdirir.
TodayPress xəbər verir ki, ön xətti gücləndirməyə əsas namizəd “Brayton” klubunun braziliyalı forvardı Joao Pedrodur.
“Topçular” forvardı qış transfer pəncərəsində heyətə qatmaq istəyirlər.
Qeyd edək ki, Joao Pedro cari mövsüm “qağayılar”ın heyətində Premyer Liqada 9 matça çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Pedro, Gücləndirmə ,Hücum, Klub, todaypress.az,