Arteta “Arsenal”ın tarixinə düşdü

İdman

05.12.2024 10:48

2298

Mikel Arteta “Arsenal” klubunun tarixinə düşüb.

TodayPress xəbər verir ki, bu “topçular”ın Premyer Liqanın XIV turunda “Mançester Yunayted”i məğlub etməsi (2:0) sayəsində mümkün olub.

O, “Arsenal”ın Premyer Liqada “qırmızı şeytanlar”a ardıcıl 4 matçda qalib gələn ilk baş məşqçidir.

Mikel Arteta çempionatda “Mançester Yunayted”ə qarşı 5 və ya daha çox oyun keçirən mütəxəssislər arasında ən yüksək qələbə faizinə (70 faiz) sahibdir. O, MY ilə 10 duelin 7-dən qalibiyyətlə ayrılıb.

Namiq HUN

tag: Arsenal, Liqa, Premyer, Klub,todaypress.az,