“Atletiko”nun hücumçusu dilinin bəlasına gəldi
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Atletiko Madrid” klubunun futbolçusu Anxel Korreanı 5 oyunluq cəzalandırıb.
TodayPress qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqanın XXVII turunda “Xetafe” ilə matçda kobud oyuna görə qırmızı vərəqə alan argentinalı futbolçu meydanı tərk edənkən hakimi təhqir edib.
Bu səbəbdən Korrea 5 oyunluq cəzlandırılıb.
Qeyd edək ki, forvard cari mövsüm “Atletiko”nun heyətində meydana çıxdığı 37 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: İspaniya,La Liqa,Anxel Korrea,Cəza,Todaypress.az,