Azərbaycan atleti Avropa çempionatına lisenziya qazandı
Rüstəm Məmmədov Avropa çempionatına vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, atletikanın üçtəkanla tullanma növündə Balkan çempionu olan Məmmədov qitə çempionatına lisenziya əldə edib.
Rüstəm, martın 6-9-da keçiriləcək yarışda bacarığını göstərəcək. Atletimiz Niderlandın Apeldorn şəhərində təşkil olunacaq çempionatda mükafatlar uğrunda mübarizə aparacaq.
Namiq HUN
tag: İdman,Atletika,Rüstəm Məmmədov,Avropa çempionatı,todaypress.az,