Azərbaycan atleti İspaniyada bürünc medal qazandı
Azərbaycan atleti Nazim Babayev İspaniyanın
Sabadell şəhərində keçirilən uzunluğa tullanma üzrə yarışda bürünc medal
qazanıb.
TodayPress xəbər verir ki, bu barədə Atletika
Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, 7,44 metr nəticə ilə üçüncü yeri tutub. Bu, idmançının
2025-ci ildə ilk medalı olub.
tag: Bürünc, Medal, Azərbaycan, İspaniya, Atletika, todaypress.az,