Azərbaycan boksçuları “Drakula Open”də 9 medal qazandı

İdman

24.02.2025 11:04

2195

Gənc boksçuların Rumıniyada keçirilən “Drakula Open” beynəlxalq turnirinə yekun vurulub. 

TodayPress xəbər verir ki, Azərbaycan millisinin Breila turnirindən qazancı 4 qızıl, 1 gümüş və 4 bürünc medal olub.

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq) və Məhəmməd Cəfərov (+92 kq) həlledici görüşdə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda məğlub olan Hikmət Məmmədov (48 kq) gümüş medalla kifayətlənib. 

Digər boksçularımızdan Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) turnirin bürünc medalına sahib çıxıblar.

Qeyd edək ki, “Drakula Open”i 9 mükafatla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci olub.

Namiq HUN

tag: Bok,Milli,Drakula Open,Rumıniya,Qızıl,todaypress.az,