Azərbaycan çempionatında yeni rekord qeydə alındı
Misli Premyer Liqasının XXVIII turunda “Sumqayıt”ın qonağı olan “Sabah” səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb. Bu, Bakı klubunun mövsümdə 15-ci bərabərliyi olub.
TodayPress xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytınada məlumat verilib.
Bİldirilib ki, paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/10), “Bakı” (2012/13) və “Zirə”yə (2020/21) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.
tag: İdman,Azərbaycan,Premyer Liqa,Rekord,todaypress.az,